Nigeriyada "Boko Haram"a qarşı əməliyyat - 100 terrorçu öldürüldü

“Örgüt üzvlərinə qarşı Nigeriya ordusunun hava qüvvələri də kömək edib".

Nigeriyanın Borno əyalətində yaşayan Babangida İbrahim açıqlamasında “Əbubəkir Şekauyaya bağlı olduğu düşünülən örgüt üzvləri Maidugurinin Ajilari və Auno bölgələrinə gecə basqın edib. Həmin basqınların qarşısı alınıb” deyə bildirib.

AzNews.az xəbər verir ki, İbrahim “Örgüt üzvlərinə qarşı Nigeriya ordusunun hava qüvvələri də kömək edib. Ən azı 50 örgüt üzvü öldürülüb və silahları ələ keçirilib” deyib.

Nigeriya ordusu dünən verdiyi açıqlamasında ölkənin Borno və Yobe əyalətlərində keçirdiyi əməliyyatlarda 100-dən çox terroristin zərərsizləşdirildiyini qeyd edib.

Xatırladaq ki, Nigeriyada "Boko Haram" terror təşkilatının 2009-cu ildən bəri təşkil etdiyi hücumlarda 20 mindən çox adam ölüb. Təşkilat 2015-ci ildən bu yana ölkənin sərhəd qonşuları olan Kamerun, Çad və Nigerdə hücumlar təşkil edir. Çad gölü hövzəsindəki hücumlar zamanı ən azı 2 min nəfər ölüb.

Pərvanə Ağazadə

AzNews.az