Özbəkistanda fəaliyyət göstərən ekologiya hərəkatının bazasında yeni partiya - Ekologiya Partiyası yaradılıb. Özbəkistanda fəaliyyət göstərən ekologiya hərəkatının bazasında yeni partiya - Ekologiya Partiyası yaradılıb.

Özbəkistanda Ekologiya Partiyası yaradıldı

Özbəkistanda fəaliyyət göstərən ekologiya hərəkatının bazasında yeni partiya - Ekologiya Partiyası yaradılıb.

Bununla bağlı keçirilən təsis qurultayında Özbəkistan Ali Məclisinin deputatı Botiy Alixanov partiyanın sədri seçilib.

İndiyədək Özbəkistanda Xalq demokratik Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası, “Milli Dirçəliş” Demokratik Partiyası və Liberal-Demokratik Partiyası (Sahibkarlar Hərəkatı) fəaliyyət göstərirdi.

Xatırladaq ki, Özbəkistan Ekologiya Hərəkatının parlamentdə 15 deputat mandatı var.(AZƏRTAC)

© AzNews.az