İndoneziyada timsah bioloq-qadını diri-diri yeyib. İndoneziyada timsah bioloq-qadını diri-diri yeyib.

Timsah qadını parçalayıb yedi

İndoneziyada timsah bioloq-qadını diri-diri yeyib.

Bu haqda “Daily Mail” nəşri məlumat yayıb.

Faciəvi hadisə yanvarın 11-də Şimali Sulavesi əyalətinin Tomohon şəhərinin laboratoriyalarından birində baş verib.

44 yaşlı bioloq Dizi Tuvo valyerdə saxlanılan Merri ləqəbli timsaha yem verməyə çalışıb. O, ət atmaq üçün valyerin çəpərinə təhlükəli məsafəyə qədər yaxınlaşıb.

Polisin versiyasına görə, beş metrlik sürünən, arxa pəncələri üstə qalxaraq, metr yarım hündürlükdə olan çəpərdən aşıb. Şikarını dişləri arasına alaraq valyerə daşıyıb.

Tuvonun həmkarları laboratoriyaya gələndə volyerdə qəribə obyektin olduğu diqqətlərindən yan keçməyib.

Gölməçənin sahilində əyləşən timsah ağzında tanınmaz hala gəlmiş qadının bədənini gəmirib.

Hadisə yerinə çağırılan xilasedicilər, qadının parçalanmış meyitini sürünəndən ala bilib. Timsahın mədəsində olan qalıqların xaric edilməsi üçün yırtıcı baytarlıq klinikasına göndərilib.

Laboratoriya əməkdaşlarının dediyinə görə, Merri əvvəllər timsahlara hücum etsə də, insanlara qarşı heç vaxt aqressiya nümayiş etdirməyib.(oxu.az)

© AzNews.az