Qəza zamanı həmçinin daha 3 nəfər itkin düşüb. Qəza zamanı həmçinin daha 3 nəfər itkin düşüb.

Peruda avtobus çaya düşdü - 10 nəfər öldü, yaralılar var

Qəza zamanı həmçinin daha 3 nəfər itkin düşüb.

Perunun Uanuko regionunun Ambo əyalətində sərnişin avtobusunun Ualyaqa çayına düşməsi nəticəsində azı10 nəfər həlak olub.

TASS-a istinadən xəbər verilir ki, bu barədə Perunun Fövqəladə Vəziyyətlər üzrə Operativ Mərkəzi "Twitter"də bildirib.

"Hazırda on ölüm faktı qeydə alınıb", - deyə xəbərdə qeyd edilir.

"El Comercio" qəzetinin informasiyasına əsasən, 50 nəfərin olduğu avtobus Limadan Tarapoto (San-Martinin regionu) şəhərinə gedirmiş. Avtobus Tekte şəhərində qəzaya uğrayıb və Ualyaqa çayına düşüb.

Məlumata görə, hadisə zamanı 26 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Qəza zamanı həmçinin daha 3 nəfər itkin düşüb.

Prokurorluq fakt üzrə araşdırma aparır. Hadisənin başvermə səbəbi və təfərrüatlar barədə məlumat yoxdur.

Daha əvvəl Peruda 7,2 maqnituda gücündə zəlzələ qeydə alınıb. (Report)