Hadisə istehkamçıların bombanı zərərsizləşdirməyə çalışdığı anda baş verib Hadisə istehkamçıların bombanı zərərsizləşdirməyə çalışdığı anda baş verib

Şri-Lankanın paytaxtında daha bir partlayış baş verdi

Hadisə istehkamçıların bombanı zərərsizləşdirməyə çalışdığı anda baş verib

Şri-Lankanın paytaxtı Kolombo şəhərində yük maşınındakı bombanın zərərsizləşdirilməsi üzrə işlər aparılarkən kilsənin yaxınlığında növbəti partlayış baş verib.

Bu barədə "RİA Novosti" xəbər verir.

"Reuters" agentliyi şahidlərin məlumatına əsasən bildirib ki, aprelin 21-də partlayışın törədildiyi kilsənin yaxınlığında yük maşını partlayıb. Hadisə istehkamçıların bombanı zərərsizləşdirməyə çalışdığı anda baş verib.

Son məlumatlara görə, partlayışlar nəticəsində ölənlərin sayı 290-a çatıb, 500 nəfər yaralanıb.(report.az)

AzNews.az