Radum şəhərinin yaxınlığında neft nəqli boru kəməri partladıldı Radum şəhərinin yaxınlığında neft nəqli boru kəməri partladıldı

Neft borusunda partlayış

Radum şəhərinin yaxınlığında neft nəqli boru kəməri partladıldı

Yəmənin Şabva vilayətindəki neft borusunda silahlılar tərəfindən partlayış törədilib.

Məlumata əsasən, silahlılar Şabva vilayətinin cənub-şərqində yerləşən Radum şəhərinin yaxınlığında neft nəqli boru kəmərini partladıblar.

Qeyd edilir ki, yerli təhlükəsizlik qüvvələri boru kəmərinin partlayışını törədən silahlıları təqib etmək üçün tədbirlər görür.(trend.az)

AzNews.az