"Kiprin suverenliyini dəstəkləyirik" "Kiprin suverenliyini dəstəkləyirik"

"Türkiyə buna son verməlidir" - Makron

"Kiprin suverenliyini dəstəkləyirik"

Fransa prezidenti Emmanuel Makron Türkiyəni Şərqi Aralıq dənizi bölgəsindəki fəaliyyətlərinə son verməyə çağırıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cənubi Avropa ölkələrinin liderlərinin Maltada bir araya gəldiyi Avropa İttifaqı zirvəsinin ardınca danışan Makron Kiprin yunan tərəfi ilə həmrəylik içərisində olduğunu bildirib.

"Kiprin suverenliyini dəstəkləyirik. Türkiyə Kiprin iqtisadi bölgəsindəki qanunsuz fəaliyyətlərinə son verməlidir. Avropa İttifaqı bu mövzuda zəiflik göstərmək niyyətində deyil".

Pərvanə Ağazadə

AzNews.az