Braziliya “2016 Yay Olimpiya Oyunları”nı 2 milyona satın alıb

Bu barədə Braziliyanın “Qlobu” mediaşirkəti məlumat yayıb

Braziliyanın Rio-de-Janeyro ştatının sabiq qubernatoru Sercio Kabral “2016 Yay Olimpiya Oyunları”nı satın aldığını etiraf edib.

Bu barədə Braziliyanın “Qlobu” mediaşirkəti məlumat yayıb.

Keçmiş qubernatorun sözlərinə görə, o, Rionun “2016 Yay Olimpiya Oyunları”nın paytaxtı seçilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinin 9 üzvünü 2 milyon dollar qarşılığında satın alıb.

Kabral eks-Prezident Joze İnasiu Lula da Silva və Mişel Temerin alqı-satqı məsələsindən xəbərdar olduqlarını da açıqlayıb.

Qeyd edək ki, Lula da Silva Braziliyanı 2003-2011-ci illərdə idarə edib. Hazırda korrupsiya cinayətinə görə uzunmüddətə həbsxanadadır.

2016-2019-cu illərdə dövlət başçısı postunda əyləşən Mişel Temerə də qarşı bu ilin yanvarında analoji ittiham elan olunub.(qafqazinfo.az)

AzNews.az