Vəsaitin ümumi çəkisi 340 kq-a bərabər olub Vəsaitin ümumi çəkisi 340 kq-a bərabər olub

Poroşenko bank hesabından 34 milyon dollar nağd pul çıxartdı

Vəsaitin ümumi çəkisi 340 kq-a bərabər olub

Ukraynanın sabiq prezidenti Petro Poroşenko bank hesabından 34 milyon dollar nağd pul çəkib.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin (Prezident Administrasiyası – Red) keçmiş müavini Andrey Portnov öz “Facebook” səhifəsində bildirib.

O deyib ki, Poroşenko şəxsən özünə məxsus olan Beynəlxalq İnvestisiya bankından mayın 17-dən iyun ayının 18-dək ümumilikdə 34 milyon dollar pul götürüb. Onun sözlərinə görə, 34 milyon dollar məbləğində olan vəsaitin ümumi çəkisi 340 kq-a bərabər olub.

Portnov əlavə edib ki, Poroşenko seçiciləri ələ almaq üçün hesabından bu qədər pul çəkib və hazırda istintaq orqanları müraciətlər əsasında araşdırma aparır. (Report)