Efiopiya hökuməti 3 milyon iş yeri açmağı planlaşdırır

Bu xərclər Efiopiyanın iqtisadi artımına müsbət təsir göstərəcək.

Efiopiya hökuməti ölkədə ən azı 3 milyon iş yeri açmağı planlaşdırır.

Bu barədə Efiopiyanın Baş Naziri Əhməd Abiy parlamentdə 2019-2020-ci maliyyə ili üçün hazırlanmış büdcənin təqdimatı zamanı məlumat verib.

Baş Nazirin sözlərinə görə, gələn il üçün büdcədə nəzərdə tutulmuş vəsaitin çox hissəsi yolların və elektrostansiyaların təmirinə istifadə ediləcək. Bu da öz növbəsində iş yerlərinin artmasına gətirib çıxaracaq.

Ekspertlərin hesablamalarına görə, bu xərclər Efiopiyanın iqtisadi artımına müsbət təsir göstərəcək.(AZƏRTAC)

AzNews.az