Zelenskinin 1-ci köməkçisi Rusiya ilə razılığa gəlməyin vacibliyini bəyan etdi

Siz hələ 100 il müharibə şəraitində yaşamaq istəyirsiniz?...

Ukrayna prezidentinin birinci köməkçisi Sergey Şefir bildirib ki, Kiyev gec-tez Moskva ilə sülh haqda razılığa gəlməli olacaq, çünki "hələ 100 il müharibə şəraitində yaşamaq" olmaz.

AzNews.az xəbər verir ki, bu haqda məlumati RİA “Novosti” agentliyi yayıb.

Məlumata görə, Moskva ilə Kiyev arasında münasibətlər Donbassdakı vəziyyətin fonunda pisləşib. Ukrayna hökuməti dəfələrlə Rusiyanı ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.

2015-ci ilin yanvarında Ali Rada Rusiyanı "təcavüzkar ölkə" adlandırdığı bəyanatı qəbul etdi. Rusiya Ukrayna tərəfinin ittihamlarını inkar edir və qəbuledilməz adlandırır. Moskva bəyan edib ki, ukraynadaxili münaqişə tərəfi deyil və Kiyevin siyasi-iqtisadi böhrandan çıxmasında maraqlıdır.

"Mən Rusiyanı təcavüzkar və sülh haqqında razılığa gəlməli olduğumuz bir ölkə hesab edirəm, çünki biz coğrafi baxımdan bir-birimizdən uzaqlaşa bilmərik. Siz hələ 100 il müharibə şəraitində yaşamaq istəyirsiniz?... Hesab edirəm ki, orada ünsiyyəti davam etdirmək üçün normal insanlar var, onlara informasiya vasitəsilə təsir etmək lazımdır", - deyə Şefir cümə günü "Sol sahil" nəşrinə müsahibəsində bildirib.

Babək Göyüş

AzNews.az