Seçkilərin nəticələri 3 gün ərzində bəyan edilməlidir Seçkilərin nəticələri 3 gün ərzində bəyan edilməlidir

Tunisdə prezident seçkilərinə səsvermə başa çatdı

Seçkilərin nəticələri 3 gün ərzində bəyan edilməlidir

Tunisdə növbədənkənar prezident seçkilərinin birinci turu başa çatıb.

Bunu Seçkilər üzrə Ali Müstəqil Komissiyanın rəhbəri Nabil Baffun mətbuat konfransında deyib.

Onun sözlərinə görə, birinci turda saat 20:00 (GMT+4) üçün seçicilərin aktivliyi 35 faiz təşkil edib.

Məlumata əsasən, seçkilərin nəticələri qanuna uyğun olaraq 3 gün ərzində bəyan edilməlidir.

Qeyd edək ki, Tunisin prezidenti postuna 24 nəfər namizədliyini irəli sürüb. (Trend)

AzNews.az