Əfqanıstan prezidentinin ofisinin girişində partlayış - 3 ölü, 7 yaralı var

Hadisə Qəndəhar şəhərində qeydə alınıb

Əfqanıstanın cənubunda baş verən partlayış nəticəsində bir uşaq da daxil olmaqla üç nəfər ölüb, 7 nəfər yaralanıb.

Partlayıcı qurğu Əfqanıstan prezidenti Əşrəf Qaninin yerli ofisinin girişində işə salınıb. Partlayış çərşənbə axşamı gecə baş verib. Partlayışda bir uşaq, bir qadın və yaşlı bir adam ölüblər, daha yeddi nəfər xəsərət alıb.

Qeyd edək ki, mart ayında Əfqanıstan müstəqil seçki komissiyası ölkənin prezident seçkilərinin 28 sentyabr 2019 tarixində keçiriləcəyini açıqlamışdı.

Radikal "Taliban" qruplaşması onları pozmaq vədini vermişdilər. (Trend)