"Biz bu əməkdaşlığa böyük əhəmiyyət veririk" "Biz bu əməkdaşlığa böyük əhəmiyyət veririk"

Rusiya və İran razılaşdı

"Biz bu əməkdaşlığa böyük əhəmiyyət veririk"

Rəsmi Moskva və Tehran Xəzəryanı dövlətlərin parlamentlərarası əməkdaşlığı kimi formatın mümkünlüyünü nəzərdən keçirmək barədə razılığa gəliblər.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının aşağı palatasının spikeri Vyaçeslav Volodin iranlı həmkarı Əli Laricani ilə görüşündən sonra deyib.

"Biz bu əməkdaşlığa böyük əhəmiyyət veririk. Əli Laricani ilə parlamentlərarası əməkdaşlıq formatının nəzərdən keçirilməsi və Xəzəryanı dövlətlərdəki həmkarlarımıza parlament vasitəsilə ortaq problemlərin həllində iştirak etməklə bağlı müraciət etmək barədə razılığa gəlmişik", - deyə V. Volodin bildirib.

Pərvanə