- Dünyanın halı
- 28 May 2020 09:48
- 3 527
ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötdü

Ümumilikdə 485 min 134 nəfər sağalıb
ABŞ-da son sutka ərzində 1243 nəfər koronavirusdan dünyasını dəyişib.
AzNews.az worldometers.info-ya istinadən xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 101 min 815-ə çatıb. 15 min 474 nəfərdə isə yeni yoluxma faktı aşkarlanıb. ABŞ-da ümumilikdə 1 milyon 740 min 749 nəfər koronavirusa yoluxub.
485 min 134 nəfər isə sağalıb.