Amerikada polis 1 700-ə yaxın nümayişçini saxlayıb

Bu barədə “Associated Press” öz hesablamasına istinadən məlumat yayıb

Amerikanın 22 ştatında afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar keçirilən kütləvi etirazlar və iğtişaşlar zamanı polislər 1 700-ə yaxın nümayişçini saxlayıb.

AzNews.az xəbər verir ki, bu barədə “Associated Press” öz hesablamasına istinadən məlumat yayıb.

Həbslərin üçdə biri Los-Ancelesin payına düşür.

Qeyd edək ki, afroamerikalı Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra Minneapolis və digər şəhərlərdə kütləvi iğtişaşlar başlayıb. İnsidentdən sonra Corc Floydun ölümünə səbəb olan polisə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə ittiham irəli sürülüb.

Buna baxmayaraq, ölkədə etirazlar səngimir. Etirazçılarla polis arasında toqquşmalar nəticəsində ölənlər və yaralananlar olduğu bildirilir.