Polşa Nazirlər Şurasının 31 avqust qərarına əsasən sərhədlər 15 sentyabra qədər bağlı olacaq Polşa Nazirlər Şurasının 31 avqust qərarına əsasən sərhədlər 15 sentyabra qədər bağlı olacaq

Polşanın uçuşları dayandırdığı ölkələr açıqlandı

Polşa Nazirlər Şurasının 31 avqust qərarına əsasən sərhədlər 15 sentyabra qədər bağlı olacaq

Polşa hökuməti koronavirus pandemiyası səbəbindən 44 ölkə və ərazi ilə müvəqqəti olaraq hava sərhədini bağlayıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Polşa Nazirlər Şurasının 31 avqust qərarına əsasən sərhədlər 15 sentyabra qədər bağlı olacaq.

Açıqlanmış siyahıya bu ölkələr daxildir: Albaniya, Argentina, Ermənistan, Baham adaları, Bəhreyn, Beliz, Boliviya, Bosniya və Herseqovina, Braziliya, Çili, Monteneqro, Dominikan Respublikası, Ekvador, Esvatini, Qvatemala, İspaniya, Honduras, Hindistan, İraq, İsrail, Qətər, Qazaxıstan, Kolumbiya, Kosovo, Kosta-Rika, Kuveyt, Livan, Liviya, Lüksemburq, Şimali Makedoniya, Maldiv adaları, Malta, Meksika, Moldova, Namibiya, Panama, Paraqvay, Peru, Kabo-Verde, Cənubi Afrika, Rumıniya, Salvador, Surinam, ABŞ.