Əvvəlki həftədə 67 min 221 ölüm halı qeydə alınıb Əvvəlki həftədə 67 min 221 ölüm halı qeydə alınıb

Hər həftə 4 milyona yaxın insan yoluxur - ÜST

Əvvəlki həftədə 67 min 221 ölüm halı qeydə alınıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada qeydə alınan koronavirusa yoluxma hallarının ötən həftə təxminən 4 milyon artdığını açıqlayıb.

AzNews.az xəbər verir ki, ÜST-nin məlumatlarına görə, dünyada 23-29 noyabr tarixlərində ümumilikdə 3 milyon 935 min 330 koronavirusa yoluxma faktı qeydə alınıb və 69 min 916 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

Bundan əvvəlki həftə ərzində isə 4 milyon 60 min 891 yoluxma faktı və 67 min 221 ölüm halı qeydə alınmışdı.

Bununla yanaşı ÜST, son zamanlarda görülən cüzi azalmaya baxmayaraq qlobal infeksiya nisbətinin yüksək olduğunu və ölüm hallarının da artmaqda olduğunu bildirib.