Paşinyanın istefası tələbi ilə növbəti yürüş keçirildi

Müxalifət dekabrın 22-də ümumi tətilə hazırlaşır

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifət növbəti yürüş keçirib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiya zamanı “Vahid Ermənistan” müxalif partiyasının lideri Artur Kazinyan prokurorluqdan Paşinyana qarşı cinayət işinin başladılmasını tələb edib.

“Daşnaksütyun” partiyasının nümayəndəsi Qegam Manukyan növbəti dəfə xatırladıb ki, müxalifət dekabrın 22-də ümumi tətilə hazırlaşır.