Səhiyyə naziri Roberto Speranza İngiltərəyə uçuşların 6 yanvaradək təxirə salındığını bildirib Səhiyyə naziri Roberto Speranza İngiltərəyə uçuşların 6 yanvaradək təxirə salındığını bildirib

Yeni virus İtaliyada da aşkarlandı

Səhiyyə naziri Roberto Speranza İngiltərəyə uçuşların 6 yanvaradək təxirə salındığını bildirib

İtaliyada koronavirusun mutasiyaya uğramış yeni növü ortaya çıxıb.

AzNews.az xəbər verir ki, “B.1.1.7 SARS-CoV-2” virusu İngiltərədən Romaya gələn bir sərnişində aşkarlanıb.

Məlumatı İtaliya Səhiyyə Nazirliyi yayıb. Qeyd olunub ki, sözügedən şəxs hazırda Celio Hərbi Poliklinikasının Elmi Şöbəsində müalicə olunur. Onunla birlikdə təyyarədə olan şəxslər də karantinə alınıb. Təmasda olduğu insanlara Səhiyyə Nazirliyinin təyin etdiyi prosedurlar tətbiq olunub.

Həmçinin, səhiyyə naziri Roberto Speranza İngiltərəyə uçuşların 6 yanvaradək təxirə salındığını bildirib.