- Dünyanın halı
- 31 Dekabr 2020 12:43
- 4 706
Yəməndəki partlayışda ölənlərin sayı artdı
Bu barədə “Əl-Cəzirə” telekanalı xəbər verib
Yəmənin cənubunda Ədən şəhərindəki aeroportda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 110 nəfər yarlanıb.
AzNews.az bildirir ki, bu barədə “Əl-Cəzirə” telekanalı xəbər verib.
Daha əvvəl 22 nəfərin öldüyü və 50-dən çox yaralının olduğu bildirilirdi.
Xatırladaq ki, yaralılar arasında Yəmənin rabitə nazirinin müavini Nasır Şərif, ədən qubernatorunun nümayəndəsi Həsən əz-Zamiki və yerli əl-Mansur həbsxanasının müdiri Naci əl-Mahri də var.