ÜST-ün baş direktoru: "Dünyada COVID-19-a yoluxma və ölüm halları artıb"

"Ardıcıl olaraq yeddi həftədir ki, infeksiyaya yoluxma halının, ardıcıl dörd həftədir ölüm sayının artdığını qeydə alırıq”

“Son bir neçə həftədir dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və xəstəlikdən ölüm hallarının sayının artması davam edir”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus mətbuat brifinqində deyib.

“Yanvar və fevral aylarında altı həftə biz ardıcıl olaraq COVID-19-a yoluxmanın azalmasının şahidi olduq. Lakin indi ardıcıl olaraq yeddi həftədir ki, infeksiyaya yoluxma halının, ardıcıl dörd həftədir ölüm sayının artdığını qeydə alırıq”, - deyə ÜST-ün baş direktoru bildirib.