- Dünyanın halı
- 20 Aprel 2021 16:18
- 3 792
Ukrayna MTX yüksək hazırlıq vəziyyətinə gətirildi

Ölkənin əksər vilayətlərində genişmiqyaslı antiterror əməliyyatları keçirilir
Ukraynanın bütün vilayətlərində Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları yüksək hazırlıq vəziyyətinə gətirilib.
AzNews.az-ın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna MTX-nın mətbuat katibi Artem Dextyarenko bildirib.
Onun sözlərinə görə, ölkənin əksər vilayətlərində genişmiqyaslı antiterror əməliyyatları keçirilir.
A. Dextyarenko vurğulayıb ki, ölkə vətəndaşlarının müdafiəsi üçün Ukrayna MTX gecə-gündüz öz səylərini əsirgəmir.