- Dünyanın halı
- 11 May 2021 09:41
- 5 146
Lavrovla Çavuşoğludan İsrailə çağırış
Görüşdə Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün səylərin davam etdirilməsinin vacibliyi də vurğulanıb
Ötən gün Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında baş tutan telefon danışığı zamanı tərəflər Fələstinlə bağlı İsrailə çağırış ediblər.
AzNews.az xəbər verir ki, XİN rəhbərləri fələstinlilərin Şeyx Cərrah bölgəsindən uzaqlaşdırılmasını pisləyib və müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıblar.
Bundan əlavə, nazirlər “Sputnik V” peyvəndinin Türkiyəyə gətirilməsinin təşkili və iki ölkə arasındakı razılaşma çərçivəsində Türkiyədə istehsalı ilə əlaqədar məsələləri də müzakirə ediblər.
Görüşdə Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün səylərin davam etdirilməsinin vacibliyi də vurğulanıb.