Raketlərin binalara düşdüyü və nəticədə yanğınların baş verdiyi bildirilir Raketlərin binalara düşdüyü və nəticədə yanğınların baş verdiyi bildirilir

HƏMAS İsrailə cavab zərbələri endirdi

Raketlərin binalara düşdüyü və nəticədə yanğınların baş verdiyi bildirilir

Cümə axşamı gününün ilk saatlarında Qəzzadan Təl-Əvivə və Qüds ətrafında yəhudi yaşayış məntəqələrinə doğru onlarla raket buraxılıb.

Bu barədə AzNews.az “Dunya Al Watan” informasiya portalına istinadən xəbər verir.

Nəşrin məlumatına görə, hava həyəcanı siqnalları ilk dəfə ölkənin şimal hissəsində yerləşən Hayfa, Nagariya və Akkoda işə düşüb. Raketlərin binalara düşdüyü və nəticədə yanğınların baş verdiyi bildirilir.

Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının “İzzəddin al-Kassam briqadası” silahlı qanadı bəyan edib ki, İsrail şəhərlərinin raket atəşinə tutulması Qəzzanın yaşayış evlərinin və qüllələrinin atəşə tutulmasına cavab olub.