- Dünyanın halı
- 19 İyul 2021 15:40
- 7 870
Əfqanıstanın bəzi əraziləri Talibandan azad olunub

Müdafiə Nazirliyi sözçüsü “Twitter” hesabında paylaşım edib
Əfqanıstanın cənubundakı Helmənd əyalətinin Qərmsir qəzası Taliban hərəkatının dəstələrindən azad edilib.
AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi sözçüsü Fəvad Aman “Twitter” hesabında paylaşım edib
Əfqanıstan Milli Ordusu tərəfindən keçirilmiş əməliyyat zamanı 20 talibançının öldürüldüyü, onlarla yaralının olduğu, xeyli miqdarda silah və hərbi ləvazimatın ələ keçirildiyi qeyd edilib.