Misirdə firon dövrünə aid yeni əsərlər tapılıb

Giza şəhərində çoxəsrlik tarixi Saqqara ərazisində qədim Misirdən yeni əsərlər aşkar edilib.

Arxeoloji tədqiqatlar zamanı firon sülalələrinə aid mumiya, heykəllər və bəzi qiymətli əşyalar tapılıb.

Misir arxeoloqu və qədim əsərlər naziri Zaxi Havas Sakkara bölgəsində aparılan arxeoloji qazıntılar və tapılan yeni əsərlərlə bağlı açıqlamalar verib.

Araşdırmaları həyata keçirən qrupdan məsul olan Havas qazıntılarda tapılan əsərlərin 4300 illik olduğunu təxmin etdiklərini deyib.

Havas tapılan əsərlərin 5-ci Fironlar sülaləsi (e.ə. 2487-2449) və 6-cı Fironlar sülaləsinə (e.ə. 2345-1821-ci illər arasında) aid olduğunu bildirib.

Havas qeyd edib ki, sözügedən heykəllər əhəng daşından hazırlanıb və üzərində heç bir naxış olmadığı üçün kimə aid olduqlarını müəyyən edə bilməyiblər.

Havaş çıxarılan mumiya ilə bağlı bunları deyib: "Tapılan mumiya kişiyə məxsusdur. Onun adı Heka Şibsdir. Bu tabut 4300 ildir açılmayıb. Bu, tapılan kral mumiyalarından başqa, bu günə qədər tapdığımız ən qədim mumiyadır".

Pərvanə

image description image description image description image description image description image description