Yaponiya Rusiyanın Belarusda nüvə silahları yerləşdirmək qərarını pisləyir

Nüvə silahı ilə bombalanmış ölkə kimi Yaponiya Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını qəbuledilməz hesab edir.

Aznews.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Tokioda keçirilən növbəti mətbuat konfransında bildirib.

“Nüvə bombardmanlarından əziyyət çəkən yeganə ölkə olan Yaponiya Rusiyadan gələn nüvə təhlükəsini qətiyyətlə rədd edir. Yaponiya Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını pisləyir, çünki bu, Ukraynada davam edən təcavüz fonunda daha da eskalasiyaya səbəb olacaq. Biz Rusiya və Belarusu gərginliyi artıra biləcək istənilən hərəkəti dayandırmağa çağırırıq ”, - o əlavə edib.

Mövsüm