Makronun Çinin Fransadakı səfirinə reaksiya verib

Fransa prezidenti Emmanuel Makron Çin səfirinin keçmiş sovet ölkələrinin statusu ilə bağlı şərhinə reaksiya verib.

Aznews.az xəbər verir ki, Şimal Dənizi Zirvəsi üçün Belçikada olan Makron Fransanın BFMTV kanalına Çin səfiri Lu Şeyi tənqid edərək, “Məncə, diplomatın bu cür danışması düzgün deyil”,-deyə qeyd edib.

Makron Çin səfirinin sözlərini səsləndirən ölkələrlə həmrəy olduğunu vurğulayıb.

Çin səfiri Fransanın TF1 televiziyasına müsahibəsində: "Hətta keçmiş sovet respublikalarının beynəlxalq hüquqda statusu yoxdur. Onların beynəlxalq hüquqda effektiv statusu yoxdur, çünki onların suveren ölkə statusu konkretləşdirilməmişdir”,-deyə şərh etmişdi.

Qeyd edək ki, Avropa İttifaqı və bəzi ölkələr Çin səfirinin sözlərini sərt şəkildə tənqid etmişdilər.

Mövsüm