Pekində Rusiya və Çin baş nazirlərinin müavinləri arasında görüş başlayıb

Pekində Rusiya baş nazirinin birinci müavini Andrey Belousov ilə investisiya əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın həmsədri olan Çin baş nazirinin birinci müavini Dinq Syuesyan arasında təkbətək görüş başlayıb.

Aznews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xəbərdə, komissiyanın gün ərzində geniş tərkibdə iclası keçiriləcəyi bildirilib.

Tərəflər mövcud layihələrin həyata keçirilməsini, investisiya və sənaye sahələrində gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

Mövsüm