ÜST: 3,3 milyard insan qlobal istiləşmədən əziyyət çəkir

Bu gün dünyada 3 milyarddan çox insan qlobal istiləşmədən əziyyət çəkir.

Aznews.az “Al-Arabiya”ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Vanessa Kerri Dubayda keçirilən BMT-nin iqlim konfransında (COP28) deyib.

Onun sözlərinə görə, bir çox insanlar iqlim dəyişikliklərinin gözlənilməz nəticələri ilə üz-üzədir.

O qeyd edib ki, bu, qalıq yanacaqların istifadəsi ilə birbaşa bağlıdır. Mütəxəssis vəziyyətdən çıxış yolunu qalıq yanacaq istehsalından imtina etməkdə görür.

“Sadəcə istixana qazı emissiyalarını azaltmaq cavab deyil”, - Kerri xəbərdarlıq edib.

Qeyd edək ki, dekabrın 1-də Fransa Prezidenti Emmanuel Makron “Böyük Yeddilik” (G7) ölkələrini 2030-cu ilə qədər kömürdən istifadəni mərhələli şəkildə dayandırmağa çağırıb.