- Dünyanın halı
- 10 Yanvar 2024 16:48
- 3 242
Reuters: ABŞ Rusiya uranından imtina etmək qərarına gəlib
Birləşmiş Ştatlar Rusiya uranından imtina etmək qərarına gəlib və hazırda alternativ təchizatçı axtarır.
Bu barədə "Reuters" agentliyi ABŞ Energetika Nazirliyinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Vaşinqton 20%-ə qədər zənginləşdirilmiş yüksək dərəcəli, aşağı zənginləşdirilmiş uran yanacağı olan HALEU-nun tədarükü üçün maksimum 10 il müddətinə müqavilələr bağlamağı planlaşdırır.
Bu məqsədlə 500 milyon dollar ayrılacaq, proqram genişləndirilə bilər.
Mövsüm
Aznews.az