- Dünyanın halı
- 19 Fevral 2024 19:44
- 3 243
İsrail ordusu Livanın cənubundakı "Hizbullah hədəfləri"nə hava zərbələri endirib

İsrail ordusu Livanın cənubundakı "Hizbullah hədəfləri"nə hava zərbələri endirib.
İsrail ordusu sözçüsü tərəfindən verilən açıqlamada İsrail döyüş təyyarələrinin Livanın Duheyra qəsəbəsində sərhəd xəttində Hizbullaha aid bir quruluşa zərbələr endirdiyi bildirilib.
Həmçinin qeyd edilib ki, dünən İsrail döyüş təyyarələri Livanın cənubundakı Ayta əş-Şaab qəsəbəsində Hizbullaha aid bir nöqtədə aktivlik aşkar edərək, bölgəni hədəf alıb.
İsrail döyüş təyyarələrinin ötən gün ərzində Livanın cənubundakı Aytarun və Udeyse bölgələrindəki Hizbullah məntəqələrinə hava hücumları təşkil etdiyi bildirilib.
2023-cü il oktyabrın 8-dən Livan sərhədində İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında toqquşmalar gedir.
Bu qarşıdurmalarda 195 Hizbullah üzvü, 8 Əməl Hərəkatı üzvü, 31 Livanlı mülki, 1 əsgər, 2 Livan təhlükəsizlik işçisi, 6 İsrail vətəndaşı və 11 İsrail əsgəri həlak olub.
İsrail ordusu qarşıdurmalar səbəbilə Livan sərhədinə yaxın ərazilərdə bəzi yolları mülki avtomobillərin hərəkətinə bağladığını açıqlayıb.
Mövsüm
Aznews.az