İsveçrə deputatları nasist simvollarının qadağan edilməsini dəstəkləyir

İsveçrə parlamentinin aşağı palatası mütləq səs çoxluğu ilə nasist və ekstremist simvolların açıq nümayişini qadağan etməyə səs verib.

Bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

“Biz ölkəmizdə svastika və ya Hitler salamlarını görmək istəmirik. Bəşər tarixinin ən qaranlıq səhifələrinə cavabdeh olan svastika və ya nasist ideologiyasının hər hansı digər simvolunu nümayiş etdirmək üçün heç vaxt əsaslı səbəb olmayıb və olmayacaq”, - Yaşıllar Partiyasından olan deputat Rafael Mahaim bildirib.

İsveçrənin ədliyyə naziri Beat Yansın qeyd edib ki, ölkə hökuməti əvvəllər ekstremist ideologiyalara qarşı qabaqlayıcı tədbirlərə arxalanırdı, lakin nasist simvollarından istifadə edilən antisemit hadisələrin sayının artması dövləti qanunvericilik səviyyəsində cavab verməyə məcbur etdi.

Mövsüm

Aznews.az