İsrail ehtiyatda olan hərbçilərin xidmət müddətini uzadacaq

İsrail Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin hərbi xidmət müddətinin bir il artırılmasını nəzərdə tutan qanun layihəsini açıqlayıb.

İsrailin N12 telekanalı bildirib ki , bu tədbir müharibə dövründə ciddi əsgər çatışmazlığı səbəbindən atılıb.

"Ehtiyatda olan xidmət hamı üçün bir il uzadılacaq ki, sıravilər yalnız 41, zabitlər 46, xüsusi vəzifələrdə olanlar isə 50 yaşda xidmətdən azad ediləcək", - İsrail ordusunun adını açıqlamayan hərbçisi bildirib.

Müdafiə Nazirliyi qeyd edib ki, xidmət müddətinin artırılması zərurəti yəhudi dövlətinin milli təhlükəsizliyinə təhdidlərin sayının artması ilə bağlıdır. Söhbət xüsusilə Livanda “Hizbullah”la genişmiqyaslı münaqişənin başlanması ehtimalından gedir.

Mövsüm

Aznews.az