Putin Kim Çen Inı Moskvaya səfərə dəvət edib

Rusiya prezidenti Vladimir Putin, Şimali Koreyanın sədri Kim Çen In ilə danışıqlardan sonra Şimali Koreya liderinin Moskvaya cavab səfərini gözlədiyini bildirib.

"Hörmətli yoldaş Kim Çen In, sizi Moskvaya cavab səfərində gözləyirik", - Rusiya dövlət başçısı bildirib.

O, həmçinin səmimi qəbula görə Pxenyan xalqına, qonaqpərvərliyə və səmərəli birgə fəaliyyətə görə Kim Çen Ina və bütün koreyalı həmkarlarına təşəkkür edib.

“Əminəm ki, bugünkü danışıqlar Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında dostluq və tərəfdaşlığın daha da inkişafına, regionda təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək”, - deyə Putin bildirib.

Mövsüm

Aznews.az