- Dünyanın halı
- 13:07
- 1 084
Hindistanda yağan güclü yağışlar nəticəsində ölənlər var

Hindistanın Uttar-Pradeş ştatında gecə saatlarında yağan yağışlar nəticəsində azı 45 nəfər ölüb.
Bu barədə "Times of India" məlumat yayıb.
"Uttar Pradeş ştatında çərşənbə günü axşam və cümə axşamı səhər bir neçə rayonda yağan leysan yağışlar nəticəsində azı 45 nəfər həlak olub. Ən çox ölənlərin sayı Kasqanc və Fatehpur rayonlarında olub - hər birində beş nəfər", - nəşr yazır.
Çitrakoot və Ambedkarnaqarda ildırım vurması nəticəsində iki nəfərin öldüyü bildirilir. Qəzetin məlumatına görə, küləyin sürəti 60-100 km/saata çatıb və artan tufan aktivliyi bazar ertəsinə qədər davam edəcək. Hökumət yerli hakimiyyət orqanlarına təzminatların təcili olaraq qurbanların ailələrinə köçürülməsini tapşırıb.
Mövsüm
Aznews.az