- Dünyanın halı
- 4 İyun 10:29
- 1 578
Macarıstan COP29-u Paris Sazişindən sonra əsas mərhələ hesab edir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Paris sazişinin imzalanmasından sonra ən əhəmiyyətli mərhələ olub.
Bu barədə Macarıstan Energetika Nazirliyinin energetika siyasəti üzrə dövlət katibinin müavini Mark Alfeldi-Boruss 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində çıxışı zamanı bildirib.
"Biz COP29-u Paris sazişindən sonra dönüş nöqtəsi hesab edirik. İndi aydın şəkildə müəyyən edilmiş məqsədlər və maliyyə mənbələri var. Onlara nail olmaq üçün necə irəliləyəcəyimizi anlayırıq. İqlim maliyyələşdirilməsinə həsr olunmuş 6-cı Maddə, dünya üzrə "yaşıl layihə"lərin həyata keçirilməsi və maliyyələşdirilməsi üçün vacib və təsirli bir vasitədir", - o qeyd edib.