- Dünyanın halı
- 12 İyun 21:14
- 1 568
İraq hökuməti Bağdaddakı səfirliklərin təhlükəsiz olduğunu bildirib

İraq hökuməti Bağdaddakı xarici səfirlik işçilərinin təxliyyəsini tələb edəcək hər hansı təhlükəsizlik problemi müəyyən etmədiyini bildirib.
İraqın Xəbər Agentliyinin (INA) Teleqram kanalında bu barədə məlumat verilib.
"İraqda fəaliyyət göstərən bütün ərəb və xarici diplomatik nümayəndəliklər mümkün olan ən yüksək səviyyədə təhlükəsizlik, ünsiyyət azadlığı və effektivlikdən istifadə edirlər", - bəyanatda deyilir.
Bu bəyanat ABŞ-nin Bağdaddakı səfirliyinin bəzi əməkdaşlarının təxliyəsi planlarına cavab olaraq verilib.
Mövsüm
Aznews.az