- Dünyanın halı
- 12 İyun 21:20
- 1 240
Keçmiş prezident Kirşnerə 6 il həbs cəzası verilib

Ali Məhkəmə yekdilliklə korrupsiya işi üzrə Argentinanın keçmiş prezidenti Kristina Fernandez de Kirşnerə 6 il həbs cəzası və ömürlük dövlət vəzifələrindən kənarlaşdırılmasını təsdiqləyib .
Argentinanın Ali Məhkəməsi yekdilliklə Kirşnerin vəkillərinin şikayətini rədd edib və 6 il həbs cəzasını qüvvədə saxlayıb.
Ömürlük dövlət vəzifəsində işləmək qadağan edilmiş 72 yaşlı Kirşner qərarı "siyasi və məhkəmə cadugər ovu" kimi qiymətləndirib.
Argentina prezidenti Xavyer Milei X sosial media platformasındakı paylaşımında bu qərarı alqışladığını və toxunulmazlıq dövrünün bitdiyini bildirib.
Bu arada paytaxt Buenos-Ayres başda olmaqla bir çox şəhərlərdə onlarla Kirşner tərəfdarı toplaşaraq qərara etiraz edib və keçmiş prezidenti dəstəkləyib.
Argentina mətbuatında çıxan xəbərlərə görə, Kirşner cəzasını evində başa vura biləcək və son qərarı yerli məhkəmə verəcək.
Mövsüm
Aznews.az