Haitidə dəstələrə qarşı pilotsuz təyyarə əməliyyatı keçirilib

Hücumlar Haitinin paytaxtı Port-au-Prinsin müxtəlif bölgələrində qrupların nəzarətində olan ərazilərə partlayıcı yüklü mini pilotsuz təyyarələrlə həyata keçirilib.

Əməliyyatlarda azı 100 dəstə üzvünün öldürüldüyü, çoxlu sayda yaralının olduğu bildirilib.

Səlahiyyətlilər tərəfindən heç bir rəsmi açıqlama verilməsə də, Milli İnsan Hüquqlarını Müdafiə Şəbəkəsi (RNDDH) əməliyyatı təsdiqləyib.

Polisin bir çox yerdə əməliyyatlarını davam etdirdiyi bildirilir.

Birləşmiş Millətlər Təşkilatının Haitidəki İnteqrasiya Ofisinin (BINUH) məlumatına görə, təkcə bu ilin ilk üç ayında silahlı dəstələr, özünümüdafiə qrupları, qeyri-mütəşəkkil insanlar və təhlükəsizlik qüvvələrinin iştirakı ilə baş verən zorakılıqlar nəticəsində 1617 nəfər həlak olub, 580 nəfər yaralanıb.

Mövsüm

Aznews.az