- Dünyanın halı
- 16 İyun 20:13
- 941
İsrail İran dövlət televiziyasının mərkəzinə zərbə endirib

İsrail silahlı qüvvələri İranın dövlət televiziyası olan IRIB-nin əsas binasına hücum edib.
"NourNews" agentliyi bu barədə məlumat yayıb.
"İran İslam Respublikası Yayım Şirkəti təcavüzkar tərəfindən hücuma məruz qalıb", - nəşrin Teleqram kanalında deyilir.
Fars agentliyi öz Telegram kanalında aydınlaşdırıb ki, IRIB telekanalının studiyasına hücum nəticəsində kütləvi dağıntı qeydə alınmayıb. Hücumdan az sonra yayım bərpa edilib.
Mövsüm
Aznews.az