- Dünyanın halı
- 16 İyun 20:23
- 912
Peruda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 36-ya çatıb

Peruda baş verən zəlzələ qurbanlarının sayı 36-ya çatıb.
Bu barədə Peru Milli Fövqəladə Hallar Mərkəzi X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
CNN telekanalının məlumatına görə , 6,1 bal gücündə yeraltı təkanlar iyunun 15-də Lima yaxınlığındakı Kallao limanından 30 km aralıda qeydə alınıb. Milli Seysmoloji Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri paytaxt yaxınlığında olub və zəlzələ günortadan bir qədər əvvəl baş verib.
Telekanal Limada bir nəfərin avtomobilinin üzərinə divarın uçması nəticəsində öldüyünü bildirib. Bundan başqa, zəlzələ şəhərdə sürüşmələrə səbəb olub, futbol matçlarının və metronun fəaliyyətini dayandırılıb.
Mövsüm
Aznews.az