Prezident Ərdoğan Rusiya prezidenti Putinlə görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında telefon danışığı olub.

Türkiyənin Rabitə Müdirliyindən verilən məlumata görə, prezident Ərdoğan ilə Rusiya prezidenti Putin arasında keçirilən görüşdə Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Suriya təhlükəsizlik qüvvələrinin Suveydadan çıxarılmasından sonra baş verən qarşıdurmaların bütün bölgə üçün təhlükə yaratdığını və İsrailin Suriyanın suverenliyini pozmamasının vacib olduğunu bildirib.

Prezident Ərdoğan Türkiyənin Suriyada sabitliyi və təhlükəsizliyi təmin etməyi və ölkənin ən qısa zamanda ayağa qalxmasına kömək etməyi hədəflədiyini ifadə edərək, Rusiya ilə Ukrayna arasında üçüncü raund danışıqlara başlamasının vacib olduğunu, tərəflər üçün uyğun tarixlər müəyyən edildikdə Türkiyənin İstanbulda danışıqlara ev sahibliyi etməyə davam edəcəyini bildirib.

Mövsüm,

AzNews.az