- Dünyanın halı
- 20:10
- 1 161
Cənubi Koreya məhkəməsi eks-prezidentin həbsinin ləğvi ilə bağlı vəsatəti rədd edib

Cənubi Koreya məhkəməsi keçmiş prezident Yun Seok-yulun ölkədə hərbi vəziyyətin tətbiqinə uğursuz cəhdinə görə həbsinin ləğvi tələbini rədd edib.
Yonhap bu barədə məlumat yayıb.
“Şübhəli şəxsin dindirilməsinin nəticələrinə və iş materiallarına əsasən vəsatət əsassız hesab edilib və rədd edilib”, - deyə agentlik məhkəmənin qərarından sitat gətirir.
Məhkəmənin eks-prezidentin həbsinin qanuniliyini araşdıran iclas başa çatdıqdan bir neçə saat sonra qərar verdiyi bildirilir.
Mövsüm,
AzNews.az