Livan hökuməti Hizbullahın tərksilah edilməsini müzakirə edəcək

Livan hökuməti bu gün Hizbullahın tərksilah olunması ilə bağlı planı müzakirə edəcək.

APA “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, hökumət bu məqsədlə iclas keçirəcək.

Qeyd edək ki, hökumət ötən ay Hizbullahın ilin sonuna qədər silahlarını təhvil verməsi barədə əmr verib.

Təşkilat isə mütəmadi olaraq silahlarını təhvil verməyəcəyini vurğulayıb.

AzNews.az