- Dünyanın halı
- 16:34
- 1 230
Nepalda etiraz aksiyalarında ölənlərin sayı 34-ə çatıb

Nepalda hökumət əleyhinə etirazlar 34 nəfərin həyatına son qoyub.
Khabarhub portalı ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir.
Məqalədə deyilir: “Səhiyyə Nazirliyi Z nəslinin etirazları zamanı 34 nəfərin öldüyünü bildirdi”.
Bildirilir ki, hazırda ölkə üzrə 949 nəfər tibb müəssisələrindən evə buraxılıb, 1,3 mindən çox insan isə xəstəxanalarda müalicə alır.
Mövsüm,
AzNews.az