- Dünyanın halı
- 21:24
- 1 200
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrini miqrasiya böhranını həll edə bilmədikləri üçün tənqid edib.
"Aznews.az" xəbər verir ki, Tramp bunu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.
Tramp bildirib ki, Avropa ölkələrində miqrantlar tərəfindən törədilən cinayətlər artmaqda davam edir. Eyni zamanda o, Vaşinqtonun bu problemin həllini tapdığını da vurğulayıb.
"İnanın, mən bu məsələləri çox yaxşı bilirəm. Ölkələrinizin tutduğu yol yol deyil, vəziyyət getdikcə ağırlaşır. Amerikada nəzarət edilə bilinməyən miqrasiyaya tez son qoymaq üçün qətiyyətli addımlar atdıq. Sərhədi keçən hər kəsi saxlayıb deportasiya etməyə və ABŞ-dən qeyri-qanuni mühacirləri qovmağa başlayan kimi onlar sadəcə gəlməyi dayandırdılar", - o bildirib.
Amerika lideri vurğulayıb ki, qeyri-qanuni miqrant dalğası Avropanı cənginə alıb:
"Bundan əvvəllər bənzər hallar heç vaxt görülməyib. Üstəlik, bu problemlə mübarizə aparmaq üçün heç kim heç nə etmir".