- Dünyanın halı
- 19:09
- 747
“Belarus Rusiya sayəsində nüvə dövlətinə çevrilir” - Lukaşenko

Rusiya Belarusun nüvə dövlətinə çevrilməsinə kömək etdi.
Bunu Moskvada keçirilən Qlobal Atom Forumunda çıxışı zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib ."Ölkəmizi həqiqətən nüvə dövlətinə çevirdiyiniz üçün sizə təşəkkür edirik. Çətin vaxtlarda Rusiya özünün ən məxfi sferasını bizə açır. Çoxlu atom elektrik stansiyaları tikilib. Rusiya yəqin ki, hamıdan çox tikib. Və daha çox nüvə blokları tikəcək", - Lukaşenko bildirib.
Belarus lideri əlavə edib ki, onun ölkəsi digər ölkələrdə atom elektrik stansiyalarının tikintisində iştirak etməyə hazırdır.
Mövsüm,
AzNews.az