Filippində 7,4 gücündə zəlzələ baş verib

Filippində zəlzələ....

Filippində baş verən 7,4 bal gücündə zəlzələ qorxulu anlar yaradıb.

Zəlzələnin episentrinin Mindanao adasının şərq sahili olduğu açıqlanıb və yerin 58,1 kilometr dərinliyində baş verdiyi qeyd edilib.

Zəlzələdən sonra ölkənin şərq və cənub sahil rayonları üçün sunami xəbərdarlığı edilib.

7,4 bal gücündə baş verən zəlzələdə hələlik can və ya əmlak itkisi qeydə alınmayıb.

Sentyabrın 30-da Filippinin Palompon bölgəsinin qərb sahillərində baş verən zəlzələ 72 nəfərin ölümü, 47 221 nəfərin mənfi təsirləri ilə nəticələnib.

Mövsüm,

AzNews.az